Главная > Dünya / Manset > Afrikada Ebola yenidən baş qaldırdı: Uqandada epidemiya elan olundu - FOTO

Afrikada Ebola yenidən baş qaldırdı: Uqandada epidemiya elan olundu - FOTO


21-09-2022, 15:16. Разместил: admin
Uqandada Ebola epidemiyası elan edilib.

Uqanda Səhiyyə Nazirliyi və ÜST ölkədə Ebola virusunun yayıldığını təsdiqləyiblər.

Uqandanın mərkəzi bölgəsində 24 yaşlı kişidə xəstəliyin simptomları yaranıb, o, dünyasını dəyişib.

Səhiyyə Departamentinin daimi katibi Dayana Etvayn mətbuat konfransı zamanı bu barədə açıqlama verib.

“Bildirmək istəyirik ki, ölkədə Ebola epidemiyası yayılıb. Dünən bu faktı təsdiqlədik”, - deyə o qeyd edib.

Ebola əlamətləri olan daha səkkiz nəfər həkim nəzarətindədir.

Qeyd edək ki, Ebola virusu vaxtaşırı Afrika ölkələrində yayılaraq insan ölümlərinə səbəb olur. Son otuz il ərzində ümumilikdə dünyada bu xəstəlikdən 15 mindən çox adam həyatını itirib.
Вернуться назад