Главная > Dünya / Manset > KTMT missiyası sərhəddəki vəziyyəti öyrənmək üçün Ermənistana gedib

KTMT missiyası sərhəddəki vəziyyəti öyrənmək üçün Ermənistana gedib


21-09-2022, 14:23. Разместил: admin
KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

Missiya İrəvanda öz işinə başlayıb. KTMT missiyasına quruma üzv dövlətlərin təşkilatın işçi orqanlarının əməkdaşları olan nümayəndələri daxildir.

Nümayəndə heyəti o cümlədən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üzrə təkliflər hazırlamaq üçün Ermənistana gedib. Missiyanın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistan Respublikasının ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Вернуться назад