Главная > Dünya / Manset > İran xalqını ayağa qaldıran ölüm... - Etirazlar davam edir+Video

İran xalqını ayağa qaldıran ölüm... - Etirazlar davam edir+Video


21-09-2022, 10:22. Разместил: admin
Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə kütləvi etirazlar davam edir.

“Qafqazinfo” xəbər verir ki, etiraz aksiyaları ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

Aksiyalar zamanı ölənlər və yaralananlar var. Bəzi yerlərdə aksiyaçılara qarşı silah da tətbiq edilib.

Etiraz edən insanlar zibil qutularını yandıraraq, bankların şüşələrini sındırırlar. Polis aksiyaçılara qarşı zor tətbiq etsə də, aksiyanı dağıtmaq mümkün olmur. Tehranın Kişavərz, Vəli Əsr, Kərim xan Zənd küçələrinə toplaşan insanlar hökumət binalarına tərəf hərəkət edirlər. Polis yürüşün qarşısını almağa çalışsa da bunu bacarmır. Etirazçılar bəzi yerlərdə İranın ali-dini lideri Seyid Əli Xameneyinin şəkillərini yandırıblar.

Bundan başqa, məcburi hicaba qarşı çıxanlar da baş örtüklərini yandırır.

Siyasi analitiklər hesab edirlər ki, M. Əmininin ölümü İranda etiraz etmək üçün insanlara stimul verib.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.


Вернуться назад