Главная > Dünya / Manset > Qırğızıstan-Tacikistan sərhədində gərginlik, 2 ölü, 55 yaralı - Yenilənib

Qırğızıstan-Tacikistan sərhədində gərginlik, 2 ölü, 55 yaralı - Yenilənib


16-09-2022, 15:39. Разместил: admin
Qırğızıstan və Tacikistan arasında sərhəddə vəziyyət gərginləşib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hazırda iki ölkə arasında bütün sərhəd boyu döyüşlər gedir.

Qırğızıstanın Sərhəd Xidmətinin məlumatına görə, iki ölkə sərhədçiləri arasında qarşıdurma, hətta əvvəllər vəziyyətin sakit olduğu yerlərdə də qeydə alınıb.

Hadisənin detalları açıqlanmasa da, atışmaların miqyasının böyük olduğu bildirilir.

Bununla yanaşı, 4 qırğız hərbi qulluqçunun yaralandığı da iddia olunur.

Həmçinin Qırğızıstan tərəfi Tacikistanı sərhəddəki münaqişə zamanı tank və digər zirehli texnikadan istifadə etməkdə ittiham edib.

Tacikistanın Sərhəd Xidməti isə öz növbəsində Qırğızıstan tərəfinin hücum etdiyini iddia edir.

***

14:04

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, sərhəddə qarşıdurma zamanı 42 Qırğızıstan vətəndaşı yaralanıb. Bununla yanaşı, ölkənin Sərhəd Xidməti Qırğızıstan və Tacikistanın sərhəddə atəşkəsin elan olunması ilə bağlı razılığa gəldiyini açıqlayıb.

***

15:08

İnsident nəticəsində Qırğızıstan tərəfindən 2 nəfər ölüb. Yaralıların sayı isə 55 nəfərə çatıb.
Вернуться назад