Главная > Dünya / Manset > Ermənistan KİV: “Strateji əhəmiyyətli yüksəkliklər itirilib” - FOTO
Ermənistan KİV: “Strateji əhəmiyyətli yüksəkliklər itirilib” - FOTO15-09-2022, 22:04. Разместил: admin |
Ermənistanın “Hayalig” nəşri Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşən bir sıra strateji əhəmiyyətli ərazilər və yüksəkliklər üzərində nəzarəti itirməsi ilə bağlı məlumatlar yayıb. Caliber.Az-ın məlumatına görə, bu informasiyanın həqiqətdən uzaq olmadığını nəzərə alaraq, oxucularımızın diqqətinə təqdim edirik. Beləliklə, “Hayalıg” aşağıdakı ərazilərə nəzarətin itirildiyini qeyd edir: - Göyçə mahalında 25 kvadrat kilometr ərazi itirilib; - Yuxarı Zağali istiqamətində 4,5 km irəliləyən Azərbaycan Silahlı Qüvvələri Xorapor dağına (2906 m) çatıb; - Azərbaycan ordusu Yuxarı Şorca istiqamətində 8 km irəliləyərək Divasar hündürlüyü (2747 m), Qılıncaq (2851 m) və adsız yüksəklikdə (2484 m) nəzarəti təmin edib. - Ordumuz Əzizli istiqamətində 7 km irəliləyərək adsız yüksəkliyi (2338,6 m) tutublar. Nəşr onu da iddia edir ki, son 2 ildə Azərbaycan ordusu hərbsizləşdirilməmiş zonanın təxminən 150 kvadrat km ərazisinə nəzarəti bərqərar edib. Вернуться назад |