Главная > Dünya / Manset > Qazaxıstan XİN: “Ermənistana sülhməramlıların göndərilməsi məsələsi gündəmdə deyil” - VİDEO

Qazaxıstan XİN: “Ermənistana sülhməramlıların göndərilməsi məsələsi gündəmdə deyil” - VİDEO


14-09-2022, 14:18. Разместил: admin
“Azərbaycanla Ermənistan arasında sərhəd demarkasiya olunmayıb, bu səbəbdən hər hansı sərhəd pozuntusu barədə danışmaq çətindir”.

Bunu Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilkin vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir.

“Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Sərhədimizi quru və hətta dənizdən bütün perimetr boyunca demarkasiya etdiyimiz üçün Rusiyadan istisna olmaqla bütün qonşu dövlətlərlə, demək olar ki, demarkasiya tamamlanıb. Rusiya ilə demarkasiya bizdə, yəqin ki, daha iki-üç il vaxt aparacaq”, - deyə xarici siyasət qurumunun rəhbəri vurğulayıb.

Tleuberdi həmçinin Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda Qazaxıstandan Ermənistana sülhməramlıların göndərilməsi məsələsinin gündəmdə olmadığını vurğulayıb.


Вернуться назад