Главная > Dünya > 5G Pentaqonun köhnə peykləri üçün təhlükəli ola bilər
5G Pentaqonun köhnə peykləri üçün təhlükəli ola bilər11-09-2022, 11:18. Разместил: admin |
“Ligado Networks” şirkətinin yerüstü 5G şəbəkəsi qurmaq planı ABŞ Müdafiə Nazirliyinin bəzi köhnə peyklərini təhlükə altına qoya bilər. Məlumata görə, şəbəkənin istismarına gələn ayın əvvəlində başlamaq planlaşdırılır. Mütəxəssislər bildiriblər ki, “Iridium Communications”ın peyk xidmətləri terminalları “Ligado” terminallarına yaxın olması səbəbindən zərərli müdaxilələrlə üzləşəcək. 5G şəbəkəsi əksər kommersiya naviqasiyası, mobil və ya sertifikatlı aviasiya GPS qəbulediciləri üçün zərərli müdaxiləyə səbəb olmayacaq. Lakin 2012-ci ildən əvvəl göndərilmiş bəzi yüksək dəqiqlikli qəbuledicilər zərərli müdaxiləyə qarşı həssas ola bilər. Вернуться назад |