Главная > Dünya / Manset > II Elizabetin dəfn mərasiminin vaxtı məlum oldu

II Elizabetin dəfn mərasiminin vaxtı məlum oldu


10-09-2022, 21:42. Разместил: admin
Britaniya Kraliça II Elizabetin dəfn mərasiminin tarixi açıqlanıb.

Bu barədə Bukingem sarayından məlumat verilib.

Məlumata görə, kraliçanın dəfni sentyabrın 19-da keçiriləcək.

Mərasim yerli vaxtla 10.00-da (Bakı vaxtilə 14.00-da) başlayacaq. Mərasimin keçiriləcəyi tarix qeyri-iş günü olacaq.

II Elizabetin cənazəsi dəfn edilməzdən əvvəl Britaniya parlamenti binasının foyesində dörd gün ərzində nümayiş etdiriləcək və kraliçanın təbəələrinə onunla vidalaşmaq imkanı yaradılacaq.
Вернуться назад