Главная > Dünya / Manset > Rusiyada meymunçiçəyinə ikinci yoluxma halı aşkarlanıb
Rusiyada meymunçiçəyinə ikinci yoluxma halı aşkarlanıb9-09-2022, 09:23. Разместил: admin |
Rusiyada ikinci meymunçiçəyinə yoluxma halı aşkar edilib. Bu barədə Rospotrebnadzorun Sankt-Peterburq departamentindən bildirilib. Məlumata görə, yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib və infeksiyanın yayılması təhlükəsinin qarşısı alınıb. “Xəstə yoluxucu profilli tibbi müəssisəyə xarakterik əlamətlərlə yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur”, - departamentdən vurğulanıb. Rospotrebnadzor həmçinin bildirib ki, xəstənin təmas dairəsi müəyyən edilib, onlar həkim nəzarətindədir. Qeyd olunub ki, xəstəlik Avropa səfərindən qayıdan kişidə aşkarlanıb. Xatırladaq ki, iyulun 12-də Rospotrebnadzor Rusiyada ilk meymçiçəyinə yoluxma halının aşkar edildiyini, xəstənin Portuqaliyadan qayıtdığını bildirib. Həmin şəxs xəstəliyi yüngül formada keçirib və artıq evə buraxılıb. Вернуться назад |