Главная > Dünya > Albaniya iranlı diplomatlara vaxt qoydu
Albaniya iranlı diplomatlara vaxt qoydu7-09-2022, 20:51. Разместил: admin |
Albaniya İranla diplomatik əlaqələri kəsir. Bu barədə sentyabrın 7-də Albaniyanın baş naziri Edi Rama məlumat verib. Buna səbəb iyulun 15-də Tirananın dövlət xidmətlərinə kiberhücumun təşkili ilə bağlı Tehrana qarşı irəli sürülən ittiham olub. “Kəşfiyyat xidmətləri sübut edib ki, kiberhücum İran tərəfindən həyata keçirilib. Həmçinin İran Albaniyaya hücum üçün dörd müxtəlif qrupu maliyyələşdirib. İran səfirliyinə rəsmi nota təqdim edilib. Notada bütün şəxsi heyətin 24 saat ərzində Albaniya ərazisini tərk etməsi tələb edilir”, - deyə Rama bildirib. Onun sözlərinə görə, kiberhücum dövlət xidmətlərinin iflic edilməsi, sistemlərin silinməsi və məlumatların oğurlanması məqsədi daşıyıb ki, bu da Albaniyanın milli təhlükəsizliyinə ziyan vura bilərdi. Kiberhücum iyulun 23-ü və 24-də Albaniyada keçiriləcək Azad İran Dünya Sammitindən bir həftə əvvəl baş verib. Nəticədə təhlükəsizlik və terror təhlükəsi səbəbindən ölkə hökuməti tədbiri ləğv edib. Вернуться назад |