Главная > Dünya / Manset > Ukrayna SQ Baş Qərargahı: Rusiya 50 min hərbçi itirib – SİYAHI + FOTO

Ukrayna SQ Baş Qərargahı: Rusiya 50 min hərbçi itirib – SİYAHI + FOTO


6-09-2022, 14:48. Разместил: admin
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 50 150 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 077 tank, 4 484 zirehli döyüş maşını, 1179 artilleriya sistemi, 296 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 207 helikopter, 876 PUA, 209 qanadlı raket, 15 gəmi, 3 305 avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.


Вернуться назад