Главная > Dünya / Manset > Bu gün Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq
Bu gün Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq5-09-2022, 13:12. Разместил: admin |
Bu gün Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq. APA-nın Britaniya bürosunun xəbərinə görə, Britaniya saatı ilə təxminən 12:30 radələrində yeni baş nazirin adı açıqlanacaq. Vəzifəyə hazırkı xarici işlər naziri Liz Trass və ya keçmiş maliyyə naziri Rişi Sunak seçiləcək. Qalib Mühafizəkarlar partiyasının üzvləri arasında keçirilən səsvermə yolu ilə müəyyən edilir. Partiyanın üzvləri Böyük Britaniya əhalisinin 1%-dən azını təşkil edir. Boris Consonun istefasının isə bir gün sonra, 6 sentyabrda kraliçaya elan ediləcəyi gözlənilir. 96 yaşlı kraliça vəzifədən gedən baş naziri Şotlandiyadakı qəsrində qəbul edəcək. O, yeni seçiləcək baş naziri də burada qəbul edəcək. Xatırladaq ki, Kraliça Elizabetin 70 illik hakimiyyəti dövründə 14 baş nazir olub. Вернуться назад |