Главная > Dünya / Manset > Çin günəş enerjisi ilə işləyən kosmik dronu sınaqdan keçirib
Çin günəş enerjisi ilə işləyən kosmik dronu sınaqdan keçirib5-09-2022, 10:47. Разместил: admin |
Çin günəş batareyaları ilə işləyən “Çiminsin-50” (QMX-50) dronunu sınaqdan keçirib. Yerə yaxın kosmik fəzada uçuşlar üçün nəzərdə tutulna PUA-nın sınaqları uğurlu olub. Bu barədə bazar günü Çinin Aviasiya Sənayesi Korporasiyası (AVIC) məlumat verib. Birinci Aviasiya Quruculuğu İnstitutu tərəfindən hazırlanmış QMX-50 iri ölçülü iki gövdəli PUA-dır. O, ölkənin şimal-qərbindəki Yulin şəhəri (Şansi əyaləti) yaxınlığından havaya qalxıb və 26 dəqiqəlik uçuşdan sonra uğurla eniş edib. Qeyd olunur ki, QMX-50 yaxın kosmosa uçuş üçün qoşa gövdəli plana malik ilk aşağı sürətli PUA, həmçinin AVIC tərəfindən yaradılmış günəş batareyaları ilə tam işlək drondur. Вернуться назад |