Главная > Dünya / Manset > Ukraynada həlak olan mülki vətəndaşların sayı açıqlanıb

Ukraynada həlak olan mülki vətəndaşların sayı açıqlanıb


3-09-2022, 12:38. Разместил: admin
Fevralın 24-də Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından indiyə qədər 7000-dən çox mülki şəxs həlak olub.

Bu barədə “RBC” Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yeninin telemarafondakı bəyanatına istinadən xəbər verir.

“Müharibə zamanı həlak olan mülki şəxslərin sayı 7 mini ötüb. Daha 5,5 min dinc sakin isə yaralanıb”, - Yenin deyib.

Onun sözlərinə görə, bu rəqəmlər Ukrayna üçün ağır itkilərdir. Və buna baxmayaraq, Rusiya hərbi əməliyyatları dayandırmır.
Вернуться назад