Главная > Dünya > Qazaxıstan paytaxtının adı dəyişdirilə bilər
Qazaxıstan paytaxtının adı dəyişdirilə bilər3-09-2022, 08:39. Разместил: admin |
Qazaxıstan parlamentinin aşağı palatasının “Jana Qazaxıstan” (“Yeni Qazaxıstan”) deputat qrupu respublikanın paytaxtına Astana adının qaytarılmasını təklif edib. Bu barədə qrupun cümə günü yaydığı bəyanatda deyilir. Bildirilir ki, Astananın adı dəyişdirilərək Nur Sultan olduqdan sonra xalq paytaxtın yeni adını qəbul etməyib. Ona görə də şəhərə keçmiş adının qaytarılması tarixən ədalətli addım olacaq. Parlamentarilərin fikrincə, bu qərarda sabiq dövlət başçısının ölkənin əsas şəhərinin formalaşması və inkişafına verdiyi töhfələr nəzərə alınmaqla yanaşı, vətəndaşların ehtiyac və gözləntiləri də qarşılanacaq. Вернуться назад |