Главная > Dünya > Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırır
Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırır1-09-2022, 10:21. Разместил: admin |
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq üçün siyasi qərar qəbul ediblər. Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Josep Borrel mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, beləliklə, verilən vizaların sayı azalacaq və proses çətinləşəcək. Borrel Aİ-nin iyulun ortalarından Rusiya vətəndaşlarının qonşu ölkələrə ciddi axınını müşahidə etdiyini bildirərək, bunu sözügedən dövlətlərin təhlükəsizliyinə təhdid adlandırıb. “Aİ ölkələri rusiyalıların spesifik qruplarına vizaların verilməsi zərurəti barədə razılığa gəliblər”, – deyə o, sözlərini yekunlaşdırıb. Вернуться назад |