Главная > Dünya / Manset > Almaniyada məscidə təhdid məktubu: “Türklərin hamısını öldürəcəyik”

Almaniyada məscidə təhdid məktubu: “Türklərin hamısını öldürəcəyik”


29-08-2022, 22:00. Разместил: admin
Almaniyada məscidlərə edilən irqçi hücumlara yenisi əlavə edilib. Barnstorf şəhərindəki Mövlanə məscidinə “NSU 2.0” imzalı təhdid məktubu göndərilib.

Məktubda: “Siz türklərin hamısını öldürəcəyik”, - yazılıb.

Aprel ayında da Mövlanə məscidi hücumların hədəfi olub və məscidə irqçi təhdid məktubu göndərilib.

İrqçi təhdidlərin tez-tez yaşandığı Almaniyada ötən il müsəlmanları və məscidləri hədəf alan 662 hücum baş verib.
Вернуться назад