Главная > Dünya / Manset > İlk addım atıldı: 50 illik fasilədən sonra insanlar yenidən Aya ayaq basacaqlar - FOTO
İlk addım atıldı: 50 illik fasilədən sonra insanlar yenidən Aya ayaq basacaqlar - FOTO29-08-2022, 17:14. Разместил: admin |
![]() Bu, NASA tərəfindən indiyə qədər yaradılmış ən güclü cihazdır. Raket 50 illik fasilədən sonra insanları Ayın səthinə qaytarmağı hədəfləyir. Yeni “SLS-Orion” kosmik gəmisi Ay ətrafında altı həftəlik sınaq uçuşu həyata keçirərək Yerə qayıdacaq. Missiya uğurla başa çatdıqdan sonra 2024-cü ildə “Artemis 2” missiyası reallaşacaq. Bu zaman insanlarla birlikdə uçuşa cəhd ediləcək, lakin bu uçuşda astronavtlar Ay səthinə enməyəcəklər. 2025-ci ildə isə “Artemis 3” missiyası başlayacaq və insanlar yenidən Aya ayaq basacaqlar. NASA “Artemis” proqramı ilə 1960-70-ci illərdə həyata keçirdiyi “Apollon” layihəsi ilə əldə etdiyi uğuru təkrarlamağı hədəfləyir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Вернуться назад |