Главная > Dünya / Manset > Avropa İttifaqının enerji nazirlərinin təcili iclası çağrılacaq

Avropa İttifaqının enerji nazirlərinin təcili iclası çağrılacaq


27-08-2022, 08:39. Разместил: admin
Aİ-yə sədrlik edən Çexiya Aİ-nin enerji nazirlərinin növbədənkənar iclasını çağıracaq.

Bu barədə Baş nazir Petr Fiala özünün “Twitter” səhifəsində yazıb.

“Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə razılığa əsasən, biz [Çexiya] Aİ-yə sədrlik edən ölkə kimi təcili olaraq enerji məsələləri üzrə Nazirlər Şurasının iclasını çağıracağıq. Bu iclasda enerji məsələlərinin həlli ilə bağlı xüsusi fövqəladə tədbirlər nəzərdən keçiriləcək”, - deyə Fiala bildirib.
Вернуться назад