Главная > Dünya / Manset > Trampın mülkündə saxladığı məxfi sənədlərin sayı 300-dən artıq olub - FOTO

Trampın mülkündə saxladığı məxfi sənədlərin sayı 300-dən artıq olub - FOTO


24-08-2022, 10:50. Разместил: admin
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mar-a-Laqodakı malikanəsində ən azı 300 məxfi sənəd saxlayıb.

Məlumata görə, Tramp yanvar ayında 150-yə yaxın məxfi sənədi ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinə təhvil verib. Daha sonra, iyunda ABŞ-ın eks-prezidentinin nümayəndələri qalan materialları Ədliyyə Nazirliyinə təqdim ediblər. Məxfi sənədlərin digər hissəsi avqustun əvvəlində Mar-a-Laqo mülkündə aparılan axtarış zamanı müsadirə olunub.

ABŞ administrasiyasının rəsmiləri hazırda Trampdan müsadirə olunan və aralarında Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosunun (FTB) sənədləri olan 26 qutu materiala sahibdir. Bunlardan 11-i məxfi sənədlər (biri “tam məxfi” qrifi ilə) dəstidir.

Xatırladaq ki, avqustun 8-də FTB Trampın Mar-a-Laqodakı mülkünə reyd keçirib. Tramp deyib ki, agentlər axtarış zamanı istədiklərini götürüb, istədiklərini əlavə edə bilərdilər.

Büro Trampı casusluq haqqında qanunun potensial pozuntularına görə araşdırır.





Вернуться назад