Главная > Dünya > BƏƏ-nin İrandakı səfiri altı illik fasilədən sonra fəaliyyətini bərpa edəcək

BƏƏ-nin İrandakı səfiri altı illik fasilədən sonra fəaliyyətini bərpa edəcək


21-08-2022, 22:51. Разместил: admin
Birləşmiş Ərəb Əmirliklərinin İrandakı səfiri Saif Məhəmməd əl-Zaabi yaxın günlərdə Tehrandakı vəzifəsini bərpa edəcək.

Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ərəb ölkəsinin Tehrandakı nümayəndəsi hələ 2016-cı ilin yanvarında geri çağırılıb. BƏƏ bu qərarı İranın Fars körfəzinin ərəb ölkələrinin daxili işlərinə davamlı müdaxiləsi ilə izah edib.
Вернуться назад