Главная > Dünya > Rusiya Donbasda genişmiqyaslı hücuma başlayıb

Rusiya Donbasda genişmiqyaslı hücuma başlayıb


20-08-2022, 15:00. Разместил: admin
Rusiya Donbasda bir neçə istiqamətdə kütləvi hücuma başlayıb, döyüşlər davam edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xülasəsində deyilir.

Slavyansk istiqamətində ərazi tanklardan, top artilleriyasından və çoxsaylı raket sistemlərindən atəşə tutulur.

Kramatorsk istiqamətində Rozdolevka, Sidorov, Spornovo və Prişib əraziləri atəşə tutulub. Döyüş bölgəsində hava kəşfiyyatı aparılıb.

Baxmut istiqamətində yaşayış məntəqələrinin ərazilərində mülki infrastruktur yanğına məruz qalıb.
Вернуться назад