Главная > Dünya / Manset > ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi


13-08-2022, 16:25. Разместил: admin
Artıq meymunçiçəyi virusunun variantları yeni şəkildə adlandırılacaq. Belə ki, onlar Roma rəqəmləri ilə işarələnəcəklər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında məlumat verilib.

Müvafiq qərarı beynəlxalq təşkilatın ekspertləri qəbul ediblər.

Buna səbəb əvvəlki adların alçaldıcı və ya irqçi sayıla biləcəyi qorxusu olub.

Artıq bu virus xəstəliyinin iki kladının (növ müxtəlifliyi) adı dəyişdirilib.

Belə ki, xəstəliyin əvvəllər “Konqo Hövzəsi” (Mərkəzi Afrika) kimi tanınan variantı indi “klad 1” və ya “I” (“birinci”) kimi, “Qərbi Afrika” növü isə “klad 2” və ya “II” (İkinci) kimi tanınacaq.
Вернуться назад