Главная > Dünya / Manset > Xocalı qatili erməni general öldü

Xocalı qatili erməni general öldü


13-08-2022, 13:20. Разместил: admin
Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, onun ayaq damarlarında problemlər yaranmışdı, səhhəti pisləşdiyindən Belarusa aparılmışdı. 54 yaşlı keçmiş hərbçi İrəvanda ölüb.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Saroyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Kəlbəcər, Laçın, Zəngilan rayonlarının işğalında iştirak edən keçmiş deputat 2000-ci ildə general rütbəsi alıb. O, Birinci Qarabağ müharibəsi zamanı hərbi əsirlərə və dinc azərbaycanlı sakinlərə qarşı xüsusi amansızlığı ilə seçilib. Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, onun da adı hallanır.
Вернуться назад