Главная > Dünya > “Google”dan yeni flaqman smartfonu ilə bağlı tapmaca - FOTO
“Google”dan yeni flaqman smartfonu ilə bağlı tapmaca - FOTO13-08-2022, 11:43. Разместил: admin |
“Google” özünün “Twitter” hesabında yeni flaqman smartfonun buraxılışı ilə bağlı tapmaca dərc edib. “Eşitdik ki, “Pixel” sevənlər komandasında riyaziyyat sehrbazları var. İpucu: təqviminizə baxın”, - deyə tapmacanın yanındakı mesajda deyilir. Tapmaca “Pixel” smartfonlarının dəyişən kimi çıxış etdiyi riyazi nümunədən ibarətdir. Şəkildə “Pixel 3”, “Pixel 6” və ən birinci “Pixel”i göstərdiyini nəzərə alsaq, nümunə belə görünür - 3 x 6 - 3 ÷ 1/3 x 1. Nəticədə 9 rəqəmi alınır. Ekspertlər hesab edirlər ki, əvvəlki xəbər sızmaları “Pixel”in oktyabrda təqdim oluna biləcəyini göstərirdi. Bununla belə, smartfonun oktyabrın 9-da nümayiş etdiriləcəyi ehtimal olunmur – şirkət bazar günü təqdimat keçirməz. Onların fikrincə, “9” - təqvim ayı, yəni sentyabr mənasını verə bilər. “Google” hələ ki, tapmacasının həllini təqdim etməyib, lakin “Pixel 7”nin rəsmi təqdimatının elanının yaxın bir neçə həftə ərzində baş tutması mümkündür. Вернуться назад |