Главная > Dünya / Manset > Qarabağda Rusiya sülhməramlılarının iştirakı ilə ağır qəza: Dörd erməni ölüb

Qarabağda Rusiya sülhməramlılarının iştirakı ilə ağır qəza: Dörd erməni ölüb


12-08-2022, 19:00. Разместил: admin
Azərbaycanın Qarabağ bölgəsində, hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazidə ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, Rusiya sülhməramlı kontingentinə məxsus hərbi maşın VAZ 2107 markalı minik avtomobili ilə toqquşub.

İnsident nəticəsində dörd nəfər mülki şəxs ölüb.

Minik avtomobilində olan daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Вернуться назад