Главная > Dünya / Manset > Azərbaycan İslamiadada 56 ölkə arasında beşinci pilləyə yüksəldi
Azərbaycan İslamiadada 56 ölkə arasında beşinci pilləyə yüksəldi11-08-2022, 09:39. Разместил: admin |
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib. “Report”un məlumatına görə, medallardan 5-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci pillədə yer alıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 54 (22 qızıl, 18 gümüş, 14 bürünc), İran 27 (8 qızıl, 12 gümüş, 7 bürünc), Qazaxıstan 15 (6 qızıl, 1 gümüş, 8 bürünc) və Özbəkistan 23 (5 qızıl, 6 gümüş, 12 bürünc) medalla qərarlaşıb. İndiyədək ümumilikdə 56 ölkədən yarısı - 28 ölkə medal qazana bilib. Qeyd edək ki, Azərbaycan yığması medallarını 4 növdə - güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə edib. Вернуться назад |