Главная > Dünya / Manset > Britaniya XİN: “Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik”
Britaniya XİN: “Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik”9-08-2022, 19:33. Разместил: admin |
“Biz etirazçıların Azərbaycanın Londondakı səfirliyinə icazəsiz daxil olması ilə bağlı insidentdən xəbərdarıq və polislə birgə təhqiqata dəstək vermək üçün işləyirik”. Bu barədə Britaniya Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Böyük Britaniya Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə ciddi yanaşır, diplomatik ictimaiyyətin və onların binalarının təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb etdiyini qəbul edir. Xatırladaq ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Qanunu pozanlar artıq London polisi tərəfindən saxlanılıb. Вернуться назад |