Главная > Dünya / Manset > Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi Gürcüstana uduzaraq medalsız qalıb
Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi Gürcüstana uduzaraq medalsız qalıb9-08-2022, 18:23. Разместил: admin |
Hindistanın Çennay şəhərində keçirilən XI Şahmat Olimpiadası Azərbaycanın qadın millisi üçün başa çatıb. “Report”un məlumatına görə, medal qazanmaq şansı olan yığma komanda son turda güclü Gürcüstanla bacara bilməyib: Azərbaycan – Gürcüstan 1:3; Günay Məmmədzadə – Nana Dzaqnidze 0,5:0,5 Xanım Balacayeva – Nino Batsiaşvili 0:1 Gövhər Beydullayeva – Lela Cavaxişvili 0,5:0,5 Ülviyyə Fətəliyeva – Meri Arabidze 0:1. Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci sırada başa vurub. Ukrayna 18 xalla çempion olub. Eyni xal toplamış Gürcüstan 2-ci, 17 xal qazanmış ABŞ 3-cü yeri tutub. Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib. Yığmamız XI turda Serbiya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 2,5:1,5. Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə Olimpiadanın qalibi olub. Вернуться назад |