Главная > Dünya / Manset > Amerikalıların 50%-i Bayden və Trampı “ən pis ssenari” hesab edir

Amerikalıların 50%-i Bayden və Trampı “ən pis ssenari” hesab edir


9-08-2022, 11:18. Разместил: admin
ABŞ sakinləri arasında sorğu aparılıb.

Onların demək olar ki, yarısı - 47%-i Prezident Co Baydenin ikinci müddətinin uğurlu olmayacağını bildirib. Həmçinin Donald Trampın da Ağ Evə qayıtmasının ölkəyə yaxşı heç nə gətirməyəcəyini qeyd ediblər.

“YouGov” sosioloji institutun bu sorğusunun nəticələri “Yahoo News” portalında dərc edilib. Nəticələr göstərib ki, ABŞ-da hadisələrin bu cür dönüşü “ən pis ssenari” hesab olunur.

Rəyi soruşulan amerikalıların 54%-nin fikrincə, Co Bayden indi prezident kimi “zəifdir”. Demokrat Partiyası tərəfdarlarının 43%-i də Baydenin yeni namizədliyinə qarşı çıxıb. Öz növbəsində Respublikaçılar Partiyasının seçicilərinin 25%-i Trampın növbəti seçki kampaniyasını dəstəkləmir. Respondentlərin 34%-i isə son iki ildə Trampın mövqelərinin zəiflədiyini düşünür.

İndi ABŞ-ın hazırkı rəhbərinin işini amerikalıların cəmi 38%-i bəyənir ki, bu da onun inauqurasiyasından sonra ən aşağı göstəricidir. Öz növbəsində amerikalıların yarıdan çoxu (55%) bu fikirdədir ki, Bayden “ABŞ-ın üzləşdiyi problemlərin öhdəsindən gələ bilmir”.
Вернуться назад