Главная > Dünya / Manset > ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri qətlə yetirildi - FOTO

ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri qətlə yetirildi - FOTO


8-08-2022, 21:58. Разместил: admin
Əfqanıstanın Pəktika vilayətində “Taliban”ın Pakistan qolunun yüksək rütbəli rəhbəri Ömər Xalid Xorasani kimi tanınan Əbdül-Vəli Raqib Mohmandi öldürülüb.

Hadisə onun olduğu avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Nəticədə Xalid Xorasani və onun dörd köməkçisi həlak olub.

Qeyd edək ki, Vaşinqton Ömər Xalid Xorasani haqqında məlumat verənə 3 milyon dollar mükafat elan etmişdi.

O, uzun illər ABŞ hərbi administrasiyasının hədəfində idi.


Вернуться назад