Главная > Dünya / Manset > ABŞ və Hindistan Çinlə mübahisəli sərhədin yaxınlığında hərbi təlim keçirəcək

ABŞ və Hindistan Çinlə mübahisəli sərhədin yaxınlığında hərbi təlim keçirəcək


8-08-2022, 12:53. Разместил: admin
ABŞ silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxand əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcək.

Əyalət Hindistan və Çin sərhədinin keçdiyi mübahisəli ərazinin yaxınlığında yerləşir.

Təlimlər 3 min metr yüksəklikdə, Faktiki Nəzarət Xəttindən təxminən 95 km aralıda keçiriləcək.

Pentaqondan bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı ölkənin Hind-Sakit Okean regionunun azad və açıq olması haqqında ümumi siyasi baxışının ən mühüm elementlərindən biridir.
Вернуться назад