Главная > Dünya > Blinken: “ABŞ nüvə silahından da istifadə edə bilər”
Blinken: “ABŞ nüvə silahından da istifadə edə bilər”2-08-2022, 17:12. Разместил: admin |
“Amerikanın strateji nüvə qüvvələri müvafiq döyüş başlıqlarına malik olan digər dövlətlərin qarşısını almalıdır”. Bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib. O, Nüvə Silahlarının Qarşısının Alınması üzrə Müqaviləyə üzv ölkələrin konfransında çıxış edib. Çıxışı zamanı Blinken xəbərdarlıq edib ki, ABŞ da nüvə silahından istifadə edə bilər, ancaq fövqəladə hallarda. “Birləşmiş Ştatlar nüvə silahından yalnız fövqəladə hallarda – ABŞ-ın, müttəfiqlərinin və tərəfdaşlarının həyati maraqlarını qorumaq məqsədilə istifadə etmək imkanını nəzərdən keçirib”, - deyə Blinken qeyd edib. O vurğulayıb ki, ABŞ-ın strateji nüvə qüvvələrinin əsas vəzifəsi belə silahlara malik olan digər ölkələri nüvə zərbəsindən çəkindirməkdir. Вернуться назад |