Главная > Dünya / Manset > Ukrayna ordusu Xersonda 46 yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Xersonda 46 yaşayış məntəqəsini azad etdi


1-08-2022, 18:49. Разместил: admin
“Xerson vilayətində 46 yaşayış məntəqəsi işğalçılardan azad edilib”.

Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Dmitri Butriy bəyan edib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş yaşayış məntəqələrinin əksəriyyəti regionun şimalında - Dnepropetrovsk vilayəti ilə sərhəddə yerləşir.

Daha bir neçə məntəqə isə cənubda Nikolayev vilayəti ilə sərhəddə azad edilib.

Butriyanın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə demək olar ki, 90% dağılmış kəndlər var və onlar davamlı atəşə tutulur. Bu səbəbdən vilayət rəhbəri sakinləri daha təhlükəsiz bölgələrə təxliyə olunmağa çağırıb.
Вернуться назад