Главная > Dünya / Manset > Ağ dənizdə gəmi qəzaya uğradı: Heyətin iki üzvü sağ tapıldı

Ağ dənizdə gəmi qəzaya uğradı: Heyətin iki üzvü sağ tapıldı


1-08-2022, 18:06. Разместил: admin
Murmansk vilayətinin Zelenoborski kəndi yaxınlığında Ağ dənizin Knyajaya Quba ərazisində göyərtəsində beş nəfərin olduğu gəmi qəzaya uğrayıb.

Bu barədə Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Şimal-Qərb Nəqliyyat Prokurorluğu Ağ dənizdə göyərtəsində beş nəfərin olduğu kiçik gəminin qəzaya uğramasına dair insidentlə bağlı araşdırma təşkil edib”, - deyə nəzarət orqanı qeyd edib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin 10 xilasedicidən ibarət qüvvəsi və 6 texnikası hadisə yerinə cəlb olunub. İtkin düşənlərin axtarışına başlanılıb.

Axtarışlar nəticəsində üç nəfər tapılıb ki, onlardan biri həlak olub. Daha iki nəfərin axtarışları davam edir.
Вернуться назад