Главная > Dünya / Manset > Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb - FOTO/VİDEO

Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb - FOTO/VİDEO


1-08-2022, 17:05. Разместил: admin
Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb.

Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat verib. O gəminin limandan ayrılmasının görüntülərini paylaşıb.


Bundan əvvəl Türkiyənin hərbi qurumu Birgə Koordinasiya Mərkəzinə istinadən bildirmişdi ki, taxılla yüklənmiş ilk gəmi bazar ertəsi səhər Odessadan yola düşəcək.

“Qarğıdalı ilə yüklənmiş Syerra-Leone bayraqlı “Razoni” gəmisinin yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 09:30-da) Odessa limanını tərk edərək Livana getməsi barədə razılıq əldə olunub”, - qurumdan qeyd olunub.



Məlumata görə, Ukrayna taxılının daşındığı ilk karvan 16 yük gəmisindən ibarət olacaq. O, avqustun 2-də Türkiyənin ərazi sularına daxil ola bilər. Karvanı pilotsuz təyyarələr müşayiət edəcək. Bundan əlavə, taxıl daşıyan gəmilərin keçidi İstanbulda Birgə Koordinasiya Mərkəzi nümayəndələri tərəfindən peyklər vasitəsilə izlənəcək.
Вернуться назад