Главная > Dünya > Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO


29-07-2022, 15:51. Разместил: admin
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 40 500-ə yaxın canlı qüvvəsini itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 749 tank, 3 987 zirehli döyüş maşını, 900 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 731 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 870 avtomobil texnikası və avtosistern, 77 xüsusi texnikadan ibarətdir.


Вернуться назад