Главная > Dünya / Manset > Filippində 7,3 bal gücündə zəlzələ baş verdi - FOTO

Filippində 7,3 bal gücündə zəlzələ baş verdi - FOTO


27-07-2022, 09:48. Разместил: admin
Filippində 7,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat verib.

Bildirilir ki, təbii fəlakətin episentri Tayum bələdiyyəsindən (Abra vilayəti) 3 kilometr şimal-şərqdə olub. Zəlzələnin ocağı 17 km dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində bir nəfər həlak olub. Ölü sayının arta biləcəyi istisna olunmur.

Sosial şəbəkələrdə Abra vilayətinin müxtəlif yerlərində dağılan evlərin, yıxılan ağacların, məhv olmuş infrastrukturun görüntüləri yayımlanır.






Вернуться назад