Главная > Dünya / Manset > Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdi

Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdi


26-07-2022, 22:45. Разместил: admin
Böyük Britaniyanın səlahiyyət müddəti başa çatmaqda olan baş naziri Boris Conson Uinston Çörçill adına beynəlxalq mükafatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib.

Rəsmi mərasim çərşənbə axşamı Consonun Dauninq küçəsindəki iqamətgahında keçirilib.

Britaniya hökuməti başçısı ofisinin yaydığı xəbərə görə, Zelenski tədbirdə videobağlantı vasitəsilə iştirak edib.

Qeyd edək ki, sözügedən mükafat müharibə dövrünün liderlik keyfiyyətləri nümayiş etdirən şəxslərə verilir.
Вернуться назад