Главная > Dünya / Manset > “Lufthansa” iki şəhərdən bütün uçuşları ləğv edib
“Lufthansa” iki şəhərdən bütün uçuşları ləğv edib26-07-2022, 17:49. Разместил: admin |
“Lufthansa” Almaniyanın Frankfurt və Münhendəki qovşaqlarında demək olar ki, bütün uçuş proqramını ləğv edir. Buna səbəb quru personalının tətil aksiyalarıdır. Bu barədə şirkət məlumat yayıb. “Lufthansa” Frankfurt Hava Limanından ümumilikdə 678 reysi ləğv edib. Bu reyslərdən 32-si bu gün yerinə yetirilməli idi. Münhendəki qovşaqda iki gün ərzində ümumilikdə 345 reys ləğv edilib. “Lufthansa” çərşənbə günü Frankfurt və Münhendəki qovşaqlarda demək olar ki, bütün uçuş reyslərini ləğv etmək məcburiyyətində qalıb”, - deyə aviaşirkət bildirib. Həmkarlar İttifaqının əməkhaqqı ilə bağlı tətili səyahətin pik mövsümündə uçuşlara əhəmiyyətli dərəcədə təsirini göstərib. Həmçinin cümə axşamı və cümə günləri də fərdi uçuşların ləğvi və gecikmələri ilə bağlı problemlərin ortaya çıxacağı ehtimal olunur. Вернуться назад |