Главная > Dünya / Manset > Zelenski daha bir məmuru vəzifəsindən azad etdi

Zelenski daha bir məmuru vəzifəsindən azad etdi


25-07-2022, 20:12. Разместил: admin
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini Ruslan Demçenkonu vəzifəsindən azad edib.

Bu barədə Ukrayna Prezidenti Ofisinin saytında məlumat verilib.

“Demçenko Ruslan Mixayloviç Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsindən azad edilsin”, - deyə Zelenskinin sərəncamında bildirilir.

Sərəncam bazar ertəsi imzalanıb, onun işdən çıxarılma səbəbi açıqlanmır.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və baş prokuror İrina Venediktova işdən çıxarılıb.
Вернуться назад