Главная > Dünya / Manset > Amerikalı general: “Çin ordusu aqressivləşib, son beş ildə daha təhlükəli olub”

Amerikalı general: “Çin ordusu aqressivləşib, son beş ildə daha təhlükəli olub”


25-07-2022, 12:33. Разместил: admin
“Çin ordusu son beş ildə daha aqressiv və təhlükəli olub”.

Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Hind-Sakit okean regionuna səfəri zamanı bildirib.

Amerikalı general qeyd edib ki, xüsusən son beş il ərzində ABŞ və digər tərəfdaşları tərəfindən sözügedən regionda Çinin təyyarə və gəmilərinin ələ keçirilməsi hallarının sayı əhəmiyyətli dərəcədə artıb:

“Çinin havada və dənizdəki hərbi qüvvələri daha da aktivləşib və aqressivləşmə nəzərəçarpacaq dərəcədədir”.
Вернуться назад