Главная > Dünya / Manset > Pakistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb

Pakistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb


24-07-2022, 20:19. Разместил: admin
Pakistanda musson yağışlarının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 312-yə yüksəlib.

Təbiət hadisəsi nəticəsində 4100 evə ziyan dəyib. 706 baş iribuynuzlu heyvan tələf olub. 9 körpü və 4 yol su altında qalıb.

Pakistan Meteorologiya Departamenti yaxın günlərdə ölkədə daha çox yağış yağacağını proqnozlaşdırarkən, səlahiyyətlilər xalqı yeni daşqın ehtimalına hazır olmağa çağırıblar.
Вернуться назад