Главная > Dünya / Manset > Ərdoğan BMT-nin baş katibi ilə görüşdü

Ərdoğan BMT-nin baş katibi ilə görüşdü


22-07-2022, 22:42. Разместил: admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

Görüş dövlət başçısının İstanbuldakı Dolmabahçe iqamətgahında baş tutub.

Qeyd edək ki, bir qədər öncə məhz burada Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü ilə bağlı sənədin imzalanması mərasimi keçirilib.
Вернуться назад