Главная > Dünya / Manset > Bloomberg: “Rusiya Ukraynada ələ keçirdiyi əraziləri sentyabrın 15-dək ilhaq etmək istəyir”

Bloomberg: “Rusiya Ukraynada ələ keçirdiyi əraziləri sentyabrın 15-dək ilhaq etmək istəyir”


22-07-2022, 09:20. Разместил: admin
Kreml sentyabrda Ukraynada ələ keçirdiyi əraziləri Rusiya Federasiyasının tərkibinə daxil etmək üçün hüquqi əsas yaratmaq məsədilə həmin ərazilərdə referendum keçirməyə tələsir.

Ekspertlərin sözlərinə görə, rəsmilər işğal olunmuş ərazilərdə və Rusiya qoşunlarının yaxın həftələrdə ələ keçirə biləcəyi hər hansı digər yerlərdə referendumlar təşkil etməyə hazırlaşırlar.

Məlumata görə, Rusiya hakimiyyətinin məqsədi sentyabrın 15-dək prosesi yekunlaşdırmaqdır.

Layihəyə Kreml Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko rəhbərlik edir. O, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri ilə məşğul olur. Kiriyenko rəsmilərin referenduma hazırlığını müşahidə etmək üçün mütəmadi olaraq həmin ərazilərə səfər edir.
Вернуться назад