Главная > Dünya / Manset > Rusiyanın FTX generalı Moskvanın mərkəzində ölü tapıldı
Rusiyanın FTX generalı Moskvanın mərkəzində ölü tapıldı21-07-2022, 17:18. Разместил: admin |
Rusiya Federal Təhlükəsizlik Xidmətinin 76 yaşlı general-mayoru Yevgeni Lobaçov Moskvada ölü tapılıb. Bu barədə REN TV öz mənbəsinə istinadla xəbər yayıb. Onun sözlərinə görə, zabitin meyiti iyulun 20-də, axşam saatlarında Kaçalinskaya küçəsindəki evlərdən birinin girişində tapılıb. Yanında TT tapançası olub. Məlumata görə, Lobaçovun həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, o, iyulun 20-də günorta saatlarında gəzintiyə çıxıb və evə qayıtmayıb. Mənbə dəqiqləşdirib ki, generalın səhhətində problemləri olub, həmçinin maddi sıxıntılar çəkib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Вернуться назад |