Главная > Dünya / Manset > Mali BMT nümayəndəsini ölkədən qovur

Mali BMT nümayəndəsini ölkədən qovur


21-07-2022, 08:31. Разместил: admin
Birləşmiş Millətlər Təşkilatının Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının (MINUSMA) sözçüsü Olivye Salqado sosial mediadakı paylaşımlarına görə ölkədən deportasiya ediləcək.

Mali Xarici İşlər Nazirliyindən verilən açıqlamada Salqadonun Mali tərəfindən saxlanılan 49 Fil Dişi Sahili hərbçisi ilə bağlı “dözülməz” paylaşımlarına görə ölkədən çıxarılmasına qərar verildiyi bildirilib.

Diplomatdan 72 saat ərzində ölkəni tərk etməsi tələb olunub.
Вернуться назад