Главная > Dünya / Manset > Rəisi: “Sammitdə tərəflər ABŞ-ın Suriyanı tərk etməli olduğu ilə razılaşıblar”
Rəisi: “Sammitdə tərəflər ABŞ-ın Suriyanı tərk etməli olduğu ilə razılaşıblar”20-07-2022, 13:00. Разместил: admin |
Tehranda keçirilən Astana üçlüyü sammitində tərəflər ABŞ-ın Suriyanı tərk etməli olduğu ilə razılaşıblar. Bunu toplantıya ev sahibliyi edən İran Prezidenti İbrahim Rəisi bəyan edib. O, bildirib ki, Astana formatının tərəfləri Suriya xalqına humanitar yardım göstərməyə davam edəcək. “Astana formatı öz effektivliyini sübut edib. Bu formatda iş davam edəcək. Region ölkələri və beynəlxalq ictimaiyyət suriyalı qaçqınların öz ölkələri qayıtmasına kömək etməlidir”, - deyə dövlət başçısı qeyd edib. Вернуться назад |