Главная > Dünya / Manset > Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb20-07-2022, 08:44. Разместил: admin |
“Moskva Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Ukrayna taxılının ixracını asanlaşdırmağa hazırdır”. “Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib. “ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiyanın taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır. Türkiyə Respublikası və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma əvvəlcə biz məsələni elə qaldırdıq ki, qablaşdırılsın, yəni: biz Ukrayna taxılının ixracını asanlaşdıracağıq, lakin Rusiya taxılının mümkün ixracı ilə bağlı bütün məhdudiyyətlərin götürüləcəyindən də bəhs edirik. Biz bunu ilkin olaraq beynəlxalq təşkilatlarla razılaşdırdıq, onlar bütün bunları öz öhdələrinə götürdülər”, - Putin bildirib. Onun sözlərinə görə, indiyədək heç kim, o cümlədən ABŞ buna etiraz etməyib: “Görək yaxın gələcəkdə nə baş verəcək”. Rusiya lideri əlavə edib ki, Qərb enerji sahəsindəki səhvlərini “Qazprom”un üzərinə atmaq istəyir: “Qazprom” həmişə bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirmək niyyətindədir. “Şimal axını 2” Avropanı qazla təmin etmək üçün işə salına bilər, lakin artıq Rusiya Federasiyasının daxili bazarında onun yarısı istifadə olunur”. Вернуться назад |