Главная > Dünya / Manset > Meymunçiçəyinin yeni simptomu açıqlandı

Meymunçiçəyinin yeni simptomu açıqlandı


18-07-2022, 09:39. Разместил: admin
Şişmiş limfa düyünləri və ümumi intoksikasiya ilə əlaqəli boğaz ağrısı meymunçiçəyinin əlaməti ola bilər.

Bunu Rusiyanın Profilaktik Tibb Mütəxəssisləri Cəmiyyətinin elmi direktoru, tibb elmləri doktoru, pediatr Sergey Tokarev deyib.

O, qeyd edib ki, səpki, qızdırma kimi hallar da xəstəliyin başlıca simptomları olaraq qalır.

Həkimin sözlərinə görə, xəstəlik yüngül keçdikdə hətta allergiya ilə də qarışdırıla bilər.
Вернуться назад